Mərkəzimizdə “Mühasibat uçotu və 1C proqramı”
mükəmməl şəkildə peşəkar mühasiblər tərəfindən tədris olunur. Tədris 3 ay
nəzəriyyə və 1 ay 1C proqramı olmaqla ümumi 4 aylıq vaxtı əhatə edir.
Dərslər həftədə 2 dəfə saatyarım və 2 saat
olmaqla fərdi və 4-5 nəfərlik qruplarla təşkil edilir. Qeyd edək ki, tədris
Azərbaycan və rus dilləri üzrə aparılır.
Ümumi
Mühasibat Uçotu proqramının qısa tədris planı isə aşağıdakı kimidir :
- Bazanın
yaradılması
- Şirkətin
əsas məlumatları (Filialların, Şöbələrin, Fiziki şəxslərin və
digər dəyişikliklərin ələvə olunması).
- Əməkdaşlıq
etdiklərimiz, debitor və kreditorlar, alıcılar və malsatanların yığılması
və s.
- Malların,
materialların, məhsulların, əsas vəsaitlərin, əlavə edilməsi.
- Anbarların
ələvə edilməsi.
- Bank
əməliyyatları. Bank çıxarışlarının yazılması.
- Hesablaşma
hesabına mədaxil olunanları və hesablaşma hesabından məxaric
olunanları qeyd etmək. Ödəniş tapşırığının yazılması.
- Pul
vahidlərinin əlavə edilməsi, kassa əməliyyatlarının uçotu. Mədaxil və
məxaric orderlerinin yazılması.
- Avans
hesabatı, təhtəl şəxslərlə aparılan hesabatların yığılması.
- Malların,
materialların malsatanlardan mədaxil olunması, geri qaytarılması,
satılması.
- İnventarlarımızın
uçota salınması və silinməsi
- İstehsal
edilən məhsulların uçotu.
- Əsas
vəsaitlərin uçotu
- Qeyri maddi
aktivlər
- Əmrlərin
verilməsi, Kadr uçotu - Əmək haqqıların hesablanması və ödənilməsi.
- Dövriyyə
cədvəlinə, hər bir hesab üzrə əməliyyatlara baxmaq, hesabları analiz etmək
və s.
Sonda tələbələr imtahan verərək, rəsmi
sertifikat alırlar.