Mərkəzimizdə
Magistratura hazırlığı Dövlət İmtahan Mərkəzinin (DİM) proqramı
əsasında aparılır.
·
Tədris 3 fənn üzrə keçirilir:
o Məntiq
o İnformatika
o Xarici dil (Rus və
İngilis)
·
Dərslər fərdi və əsasən 4-6 nəfərlik qruplarla tədris olunur;
·
Tədris oktyabr ayı başlayır və qəbul imtahanına qədər davam
edir;
·
Mütəmadi olaraq həftəlik və aylıq sınaq imtahanları keçirilir;
· İmtahanlarda zəif nəticə göstərən tələbələr əlavə dərslərə cəlb olunur.
Dövlət
Qulluğu
Mərkəzimizdə
Dövlət Qulluğunun bütün təsnifat mərhələləri mükəmməl şəkildə tədris olunur.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının
həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini
yerinə yetirməsidir
Dövlət qulluğunda
inzibati vəzifə tutmaq üçün imtahan modeli olaraq A və B kateqoriyaları vardır.
Bu kateqoriyalar da hissələrə bölünür:
- A kateqoriyası AA, AB və AC
- B kateqoriyası BA, BB və BC
A kateqoriyaları inzibati rəhbər
(idarəetmə) vəzifələri tutmaq üçündür. İlk dəfə dövlət qulluğuna qəbul
olmaq istəyənlər V-VI və VII təsnifatlar üzrə işləyə bilər. Bunun üçün namizəd
BA və BB imtahanlarında (inzibati icraçı vəzifələr) iştirak edə
bilər.
Dövlət Qulluğuna qəbul qaydası Azərbaycan
Respublikası qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə
əsasında aparılır. Müsabiqə, test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun
olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra
hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar
və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna
olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan
vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq
test imtahanları təşkil edir
İmtahana 4 fənn
blokundan suallar salınır:
1. Qanunvericilik
– 40 (testdə qanunvericilik üzrə A, B, C, D olmaqla variant sayı 4 olur,
digərlərində isə 5 variant),
2. Məntiq –
30.
3. Azərbaycan
dili – 15.
4. İnformatika
-15.
Qeyd edək ki, BB və AC
qruplarında 100 sualın hamısı qapalı (variantlı), BA və AB qruplarında 100
sualdan 80 sual qapalı, 20 açıq (bir açıq test 2 balla hesablanır) və AA
qrupunda 60 sual qapalı, 40 sual açıq (bir açıq test 2 balla
hesablanır) formada təqdim olunur. Vəzifələrin müvafiq altqrupu üzrə
sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində
daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak
edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi
vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:
- İş
yerinin ünvanı;
- İnzibati vəzifənin təsnifatı;
- Vəzifə maaşı;
- Vakant vəzifə üzrə qulluq
funksiyaları;
- Təhsilə, təcrübəyə, xüsusi
biliklərə və peşə bacarığına dair tələblər;
- Tələb olunan sertifikat.
Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən
30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət
edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində
keçirilir.
DÖVLƏT QULLUĞUNUN ŞƏRTLƏRİ
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının
ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş
vaxtı müəyyən edilə bilər. Qulluq üçün zəruri olduqda dövlət
orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata
qədər artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər
saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.İnzibati vəzifə tutan
dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas
məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə
məzuniyyət aşağıdakı qaydada verilir:
- 5 ildən 10
ilədək əmək stajına görə —2 təqvim günü;
- 10 ildən 15
ilədək əmək stajına görə—4 təqvim günü;
- 15 ildən
çox əmək stajına görə —6 təqvim günü;
Dövlət qulluğu
imtahanında uğurlu nəticə toplayanlar aşağıdakı dövlət orqanlarda işləyə bilər:
- ASAN Xidmət mərkəzləri və
regional bölmələri ;
- Qida Təhlükəsizliyi Agentliyi
və yerli bölmələri;
- Dövlət Statistika Komitəsi və
yerli bölmələri;
- Məhkəmələr (hakim vəzifələri
istisnadır);
- Dövlət Turizm Agentliyi;
- Qaçqınlar və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
- Hesablama palatası (həmçinin
Məhkəmə-Hüquq Şurası, Ombusdman və digər qurumlar);
- Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi;
- Energetika Nazirliyi
- Təhsil Nazirliyi, tabeliyində
olan və yerli bölmələri (Rayon Təhsil Şöbələri);
- Kənd Təsərrüfatı Nazirliyi və
tabeliyində olan xidmətlər, həmçinin Nazirliyin yerli bölmələri;
- Mədəniyyət Nazirliyi və yerli
bölmələri;
- Maliyyə Nazirliyi və struktur
bölmələri;
- Gənclər və İdman Nazirliyi və
yerli bölmələri;
- Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (həmçinin Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi
Komitəsi);
- Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və yerli bölmələri və s.
Qeyd etdiyimiz kimi
Dövlət qulluğu hazırlığında əsasən 4 fənn tədris olunur :
- Azərbaycan dili
- Qanunvericilik
- Məntiq
- İnformatika