Mərkəzləşdirilmiş imtahanla aparılan lisey və gimnaziyaların qəbul prosesinə bir sıra dəyişiklik edilib. Dəyişikliyə əsasən lisey və gimnaziyaların istiqamətlərindən
asılı olmayaraq, qəbul 4,5,6,7-ci sinif şagirdləri (müvafiq olaraq 5,6,7,8-ci
sinfə qəbul) üçün sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə
aparılacaq.
Tədris dili üzrə
tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin
ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər
üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün
ölçülməsi istiqamətində hazırlanacaq.
Aşağıda mərkəzləşdirilmiş qaydada
qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib:
Dövlət hesabına yataqxana
və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:
• Bakı şəhəri S.C.Pişəvəri
adına Respublika humanitar fənlər gimnaziyası;
• Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü
gimnaziya;
• Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika
gimnaziyası;
• Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
• Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;
• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
• Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;
• Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
• Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;
• Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.
Digərləri:
• Bakı şəhəri 16 nömrəli
Lütfi Zadə adına texniki-humanitar lisey;
• Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;
• Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
• Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;
• Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
• Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.