Mental Aritmetik proqramı bir zehni inişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Türkiyədə də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan toplama, çıxma, vurma , bölmə və başqa əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür.

Tədris mərkəzimizdə bu proqram 6-12 yaş uşaqlara tətbiq edilir. ümumilikdə 2 illik bir proqramdır. 1 il ərzində toplama və çıxma, 2-ci il isə vurma və bölmə əməliyyatları tədris olunur. Tədris Türkiyədə kurs keçmiş müəllimlər tərəfindən həyata keçirilir. övladlarınız tədris prosesində Türkiyə və Dünya olimpiadalarına qatılmaq imkanı əldə edir. Kursu uğurla bitirənlərə sertifikat verilir.

Mental Aritmetik proqramının övladlarınıza xeyri:

  • • Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması;
  • • Riyazi təfəkkürün inkişafı;
  • • Yaddaşın və qavramanın güclənməsinə köməklik;
  • • Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi;
  • • özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s.